Birləşmiş Ştatlar Ukraynaya yardım göstərmək imkanlarını demək olar ki, tükənib, ona görə də ABŞ Konqresi Kiyev üçün yeni vəsaitləri təsdiqləməlidir. Bunu ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Bizim [Kiyevi dəstəkləmək üçün] lazım olan pulumuz və vaxtımız demək olar ki, tükənib”.Blinken, qalan vəsaitin nə vaxt tükənəcəyini dəqiq deyə bilməyəcəyini etiraf edib. Bu baxımdan, dövlət katibi hesab edir ki, ABŞ Konqresi Ukraynaya yardım üçün federal büdcədən əlavə vəsaitin ayrılması məsələsinə mümkün qədər tez baxmalıdır.
Vaşinqton administrasiyası oktyabrın 1-də ABŞ-da başlayan 2024-cü maliyyə ilində ilk növbədə İsrail və Ukraynaya yardım göstərmək, habelə Çin və Rusiyaya qarşıdurmada əlavə büdcə ayırmaları üçün oktyabr ayında Capitol Hillə sorğu göndərdi. Ümumilikdə, prezident Co Baydenin (demokrat) rəhbərlik etdiyi icra hakimiyyəti bu məqsədlər üçün təxminən 106 milyard dollar almaq istəyir. (Tass)