Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrail ordusunun 75 gündür Qəzzaya hücumları ilə bağlı məlumat verilib.
Açıqlamada, İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 20 mini keçdiyi, onlardan ən azı 8 mini uşaq, 6 min 200 nəfərinin qadın olduğu bildirilib.
Açıqlamada, hücumlarda dağılan binaların dağıntıları altında qalan itkinlərin sayının 6 min 700 olduğu, onların 70 faizinin qadın və uşaqların olduğu vurğulanıb. (TRT Haber)