Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra Fransa başda olmaqla, bəzi dövlətlər Azərbaycanı təcrid etmək istəyirdilər. Amma istəklərinə nail olmadılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev “Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda keçirilən konfransda söyləyib.
O bildirib ki, xarici ölkələrin rəsmi nümayəndələri COP29 konfransı zamanı Azərbaycana gələrək işğaldan azad olunmuş ərazilərimizlə tanış olacaqlar: “Orada Azərbaycanın qısa müddətdə gördüyü nəhəng işləri yaxından izləyəcəklər”.