İsrail ordusu Qəzzada hökumətin Media Ofisinin qərargahını və ona bağlı mətbuat təşkilatını bombalayıb.
Media Ofisindən verilən yazılı açıqlamada, İstail müharibə təyyarələrinin, ofis binasının bombalanması pislənilib.
Bəyanatda qeyd edilib ki, binaların atəşə tutulması “Təl-Əviv rəhbərliyinin Qəzza hökumətini qorxutmaq, İsrailin qadın və uşaqlara qarşı cinayətlərinin ictimaiyyətlə paylaşılmasının qarşısını almaq və həqiqəti ört-basdır etmək üçün həyata keçirdiyi əbəs cəhddir”. (TRT Haber)