Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını yüksək qiymətləndirib.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə qardaş telefon danışığım oldu, onunla Rusiya və Venesuela arasında ikitərəfli münasibətlər çərçivəsində əməkdaşlıq proqramının geniş spektrli məsələlərini müzakirə etdik.Biz sarsılmaz bir birliyin qardaş xalqlarıyıq! Maduro X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) qeyd edib. (Tass)