İsrail ordusu yenidən İsrailin atəşə tutmasına cavab olaraq Livan ərazisinə, o cümlədən şiə təşkilatı Hizbullahın hərbi obyektlərinə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Livandan bir neçə [raket və mərmi] buraxılışı [İsrailin] şimal sərhədi boyunca müxtəlif ərazilərdə qeydə alınıb. İsrail ordusu atışların aparıldığı yerlərə atəş açıb”, – məlumatda deyilir. (Tass)
“Gün ərzində İD tankları və hava qüvvələri Livandakı Hizbullah terrorçularının hədəflərinə hücum edib”, – mətbuat xidməti davam edir. “Bundan əlavə, İsrail ordusunun artilleriyası Livan ərazisindəki bir sıra ərazilərə zərbələr endirib”.