İsrailin Qəzza zolağında apardığı əməliyyat üsulları Fələstin anklavının əhalisi arasında humanitar yardımın paylanmasını xeyli çətinləşdirir. Bu barədə jurnalistlərə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib.
“Bir çox insan Qəzzada humanitar əməliyyatın effektivliyini Misir Qızıl Aypara Cəmiyyətindən, BMT-dən və tərəfdaşlarımızdan yardımların boşaldılmasına icazə verilən yük maşınlarının sayına görə ölçür. Bu, səhvdir. Əsl problem İsrailin necə davranmasıdır. Bu hücumun həyata keçirilməsi Qəzzada humanitar yardımın yayılmasına ciddi maneələr yaradır”, o bildirib. (Tass)