BMT TŞ Qəzzaya genişləndirilmiş humanitar yardımın fasiləsiz və təhlükəsiz çıxışı üçün “təcili addımlar” tələb edən qətnamə layihəsini qəbul edib.
Birləşmiş Ərəb Əmirliklərinin BMT TŞ-yə təqdim etdiyi qətnamə layihəsi dörd təxirə salınmadan və üzv dövlətlər arasında gərgin danışıqlardan sonra bu gün keçirilən sessiyada səsə qoyulub.
Qanun layihəsi 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasında 13 “hə” səsi toplasa da, ABŞ və Rusiya səsvermədə “bitərəf” qalıb.
Səsvermədən əvvəl ABŞ Rusiyadan humanitar yardıma fasiləsiz və təhlükəsiz çıxışı təmin etmək üçün Qəzzada hərbi əməliyyatların dərhal dayandırılmasını tələb etdiyi düzəliş təklifinə veto qoyub. (Tass)