Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) İsrailin hücumlarını davam etdirdiyi Qəzzada aclığın “fövqəladə vəziyyət” həddinə çatdığını bildirərək, 5 yaşdan kiçik 335 min uşağın qida çatışmazlığı səbəbindən həyatını itirmə riski ilə üzləşdiyini açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının imteqrasiya edilmiş Uşaq Fondunun (UNICEF) verdiyi bəyanatda Təhlükəsizlik Faz Təsnifatı (IPC) hesabatına işarə edərək, Qəzzada aclığın fövqəladə səviyyəyə çatdığı və “Yarım milyondan çox insanın qida çatışmazlığı riski ilə üzləşdiyi” ifadə edilib.
“Tamamilə texnogen, gözlənilən və qarşısı alına bilən fəlakət şəraitində Qəzzalı uşaqlar və onların ailələri havadan və yerdən zorakılığa məruz qalırlar”, – deyə bəyanatda bildirilir.
Hesabat məlumatlarının qiymətləndirilməsində, “Tapıntılar göstərir ki, 5 yaşdan kiçik 335 min uşaq, aclıq şərtlərinin davam edəcəyi təqdirdə yüksək qida çatışmazlığı və qarşısı alına bilən ölüm riski ilə üzləşir” deyilib.
Açıqlamada yaxın həftələrdə “ən azı 10 min uşağın insan həyatını təhdid edən qida çatışmazlığı riski ilə üzləşəcəyi” xəbərdarlığı edilib. (TRT Haber)