Serbiya prezidenti Aleksandar Vucic etirazçıların Belqrad şəhər administrasiyasının binasına soxulmaq cəhdləri fonunda xalqa təcili müraciət elan edib. Bu barədə “Vecerne novosti” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, müraciət onlayn rejimdə baş tutacaq. Qəzet başqa təfərrüatları açıqlamır.
Dekabrın 18-də axşam saatlarında Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışırlar. Nümayişçilər qapını sökmək üçün bayraq dirəklərindən istifadə edib, həmçinin pəncərəni sındırıblar. Eyni zamanda müşahidə kameralarını da məhv edirlər. Bundan əlavə, iğtişaşçılar atəşfəşanlıqdan istifadə edir və sınmış pəncərələri qalxanla bağlayan polis əməkdaşlarının binanı tərk etmələrini tələb edirlər. Onun yerinə təcili yardım gəldi. (Tass)