İyun 17, 2025-14:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Mərakeşdə nümayişçilər İsraillə münasibətlərin normallaşdırılmasından əl çəkməyi tələb ediblər

2023:12:25 - 0:19
in DÜNYA
A A

Bazar günü Rabatın mərkəzində Mərakeş və İsrail arasında münasibətlərin normallaşdırılmasından imtina etməyi tələb edən minlərlə insanın nümayişi keçirilib. Küçə mitinqinin iştirakçıları İsrailin Fələstin vətəndaşlarına qarşı davam edən qırğınlarını, eləcə də beynəlxalq ictimaiyyətin susqunluğunu kəskin şəkildə pisləyiblər.

Hespress informasiya portalı xəbər verir ki, nümayiş Fələstinə dəstək və İsraillə münasibətlərin normallaşmasına qarşı mübarizə məqsədilə Mərakeş Cəbhəsi tərəfindən təşkil olunub . Burada müxtəlif siyasi partiyaların, həmkarlar ittifaqı hərəkatlarının, ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Onlar Bab əl-Had meydanından V Məhəmməd prospektində yerləşən Parlament binasına doğru yürüş ediblər.

Əllərində pankartlar və Fələstin bayraqları tutan nümayişçilər İsrailin uşaqlar və qadınlar da daxil olmaqla fələstinlilərə qarşı “soyqırım müharibəsi”ni və məktəbləri, xəstəxanaları, ibadət yerlərini və yaşayış məntəqələrini atəşə tutmağa davam edən “Qərbin sionist varlığa dəstəyini” pisləyiblər.

Etirazçılar “Qəzza ləyaqət simvoludur”, “Xalq normallaşmaya son qoyulmasını istəyir” şüarları səsləndirib. Onlar həmçinin Rabatdakı İsrail Əlaqə Ofisinin (diplomatik nümayəndəlik) bağlanmasını, Mərakeş diplomatlarının İsraildən geri çağırılmasını və İsraillə münasibətlərin hər hansı formada normallaşdırılmasına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulunu tələb ediblər. (Tass)

Əvvəlki Yazı

Vuçiç Serbiyada inqilab olmadığını deyib

Növbəti Yazı

İsrail ordusu oktyabrın 7-də Qəzzada oğurlanmış 5 girovun cəsədini tapıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.