Sentyabr 7, 2025-20:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Prezidentin xüsusi nümayəndəsi: “Ağdamda 59 kəhriz kompleksi var”

2023:12:25 - 13:37
in İQTİSADİYYAT
A A

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda 59 kəhriz kompleksinin mövcud olduğunu bildirib.

“Report”un məlumatına görə, o, Ağdam Konfrans Mərkəzində Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən ekoloji məsələlər üzrə işçi qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, 56 min hektardan artıq meşə fondu işğal dövründə məhv edilib.

E.Hüseynov vurğulayıb ki, hazırda azad edilən ərazilərdə bərpa-quruculuq işləri zamanı dağıdılmış kəhrizlərə rast gəlinir: “Təkcə Ağdamda 59 kəhriz kompleksi mövcuddur. Bu kəhrizlər gələcəkdə yaşayış üçün olduqca önəmli su mənbəyidir. Onların bərpası bərpa-quruculuq prosesində effektiv rol oynaya bilər. Bərpa olunan kəndlərin ekologiyaya ziyan vurmadan suvarma suyu ilə təminatı, ərazilərdə mövcud müxtəlif çoxsaylı yataqlardan, geoloji ehtiyatlardan istifadə bərpa prosesində önəmli məsələlərdəndir”.

Xüsusi nümayəndə qeyd edib ki, Ağdamda artıq yerli yataqlardan istifadə olunur: “Bərpa olunan kəndlərdə bu yataqlardan çıxarılan tikinti materialları – Ağdamın məşhur ağ daşı artıq istehsal olunaraq tikinti şirkətlərinə verilir. Tikinti layihələrində istifadə olunur. Bu ehtiyatlar daha geniş və dayanıqlı istismar layihələrinin icra müddətini qısaldacaq, məsrəfləri azaldacaq, eyni zamanda quruculuq işlərini sürətləndirəcək”.

Əvvəlki Yazı

“Hədis” animasiya filmi beynəlxalq festivalın qalibi olub

Növbəti Yazı

Lənkəranda Milli QHT Forumunun regional tədbiri keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.