Tacikistan Prezidenti Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyinin (MDB) liderlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gedib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə gedib”, – məlumatda deyilir.
Rəhmonu səfərdə xarici əlaqələr üzrə köməkçisi və digər rəsmi şəxslər müşayiət edir.
Dekabrın 25 və 26-da MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Görüş uzun illərdir ki, dekabrın sonunda Sankt-Peterburqda toplaşan dövlət başçıları arasında ənənəvi ünsiyyət formatıdır. Rusiya prezidenti Vladimir Putin bu cür sammitləri “dostluq dairəsində” söhbətlər kimi xarakterizə edib, burada biznes gündəliyi: regional və beynəlxalq müzakirə olunur. (Tass)