Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzza zolağına altı yaşından kiçik uşaqlar üçün 80 min doza qızılca, məxmərək və parotit peyvəndi verib. Bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.
“Dünən, dekabrın 24-də UNİCEF-in hədiyyə etdiyi qızılca, məxmərək və parotitə qarşı 80 min [doza] vaksin Qəzza zolağına çatdırılıb”, – departamentin açıqlamasında bildirilir.
Qəzza zolağının Səhiyyə Nazirliyi dekabrın 14-də bildirib ki, anklavda uşaq peyvəndlərinin tədarükü demək olar ki, tükənib. (Tass)