Birləşmiş Ştatlar Fələstin Dövləti və beynəlxalq ictimaiyyətlə Fələstin Prezidenti Mahmud Abbasın rəhbərliyini saxlamaqla Fələstin Milli Administrasiyasının (PNA) “yenilənməsi” imkanları barədə danışıqlar aparır. Bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin danışdığı adı açıqlanmayan amerikalı rəsmi qeyd edib ki, Birləşmiş Ştatlar fələstinlilər və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə “yeni hökumət və Abbasın iştirakı və rəhbərliyi ilə PNA-ya təzə qan axını” haqqında danışıqlar aparır. Bununla belə, qəzetin qeyd etdiyi kimi, Fələstin rəsmiləri “aydın siyasi üfüq” tələb etdiyindən və hazırkı İsrail hökuməti ilə razılaşmanın mümkün olacağına inanmadığından, Vaşinqtonun cəhdləri indiyədək uğurlu olmayıb.
Bundan əlavə, Birləşmiş Ştatlar yəhudi dövlət orqanlarını Qəzza üçün nəzərdə tutulan və HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra dayandırılmış 140 milyon dollarlıq vergi ödənişlərinin qarşısını almağa inandırmağa çalışır. “Razılaşsaq belə, bunu necə həyata keçirəcəyik?” – Fələstin rəhbərliyinin rəsmi nümayəndəsi Nabil Əbu Rudeyna bildirib.(Tass)