Avqust 11, 2025-21:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Komitə sədri Xalq rəssamı Əşrəf Heybətlə görüşüb

2023:12:26 - 11:15
in MƏDƏNİYYƏT
A A

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Almaniyada yaşayan Xalq rəssamı, Almaniya Rəssamlar Birliyinin, UNESCO Rəssamlar Federasiyasının üzvü, Azərbaycan Rəssamlar İttifaqının və Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Əşrəf Heybətlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət komitəsində keçirilən görüşdə Əşrəf Heybət “Heydər Əliyev İli”ndə və Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” olduğu müddətdəki yaradıcı fəaliyyəti ilə bağlı məlumat verib, qarşıdan gələn “Yaşıl dünya naminə həmrəylik ili” və Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” statusunu daşıyacağı müddətə dair yaradıcılıq planlarını bölüşüb.

Komitə sədri ustad sənətkarın yaxın aylarda Zirədəki “Eko-Park”da təşkil olunmuş “Baba yurdum” adlı uğurlu fərdi sərgisi, digər yaradıcılıq uğurları münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.

Əşrəf Heybətin “Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur” kəlamını xatırladan Fazil Mustafa görkəmli sənət xadiminin Şuşaya, Qarabağa, Azərbaycana, bütövlükdə Türk dünyasına özünəməxsus sənət münasibətini minnətdarlıqla vurğulayıb, ona Azərbaycan, Türk dünyası həqiqətlərinin təsviri sənət dili ilə təbliğ-tərənnüm olunmasında yeni uğurlar diləyib: “Sizin əsərləriniz bir çox xarici ölkənin nüfuzlu sərgi salonlarında nümayiş olunur. Siz həyata baxışınızla, yüksək sənət ideallarınızla Azərbaycan təsviri sənətini, ümumən mədəniyyətimizi dünyanın dörd tərəfində peşəkarlıqla tanıdırsınız. Mənəvi dəyərlərə dair yüksək ideyaların əks olunduğu əsərlərinizin əsas predmeti insan və təbiətdir. Məhz bu amillər, “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, o cümlədən Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” statusu daşıması etibarı ilə 2024-cü ilin sizin üçün əlamətdar il olacağına dəlalət edir. Sizi bütün uğurlarınıza görə, eləcə də, qarşıdan gələn Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm”.

Xalq rəssamı səmimi görüş və təbrik üçün təşəkkür edib, yaradıcılığına aid nəşri Komitə sədrinə, Komitə sədri də öz növbəsində kitablarını Xalq rəssamına təqdim edib.

Əvvəlki Yazı

Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib

Növbəti Yazı

Milli Məclisdə Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı sərgi nümayiş olunur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.