Bununla da bir müddət əvvəl “indentificator.in.ua” saytında yerləşdirilən xəbər təsdiqini tapıb. Xatırladaq ki, həmin məlumatda bildirilmişdi ki, Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin agentura şəbəkəsinin aşkarlanması həmin mərkəzləri yenidən aktivləşdirib. Fransa casus şəbəkəsi ilə bağlı xəbərə görə, rezidentura Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib.
Yayılan xəbərlərdə Fransa Prezidenti Emmanuel Makronun ölkəsinin Müdafiə Nazirliyinin (DGSE) Xarici Təhlükəsizlik Baş İdarəsinin direktoru Bernard Emyeri vəzifəsindən azad etdiyi bildirilib. Hələ 2023-cü ilin avqustunda E.Makron xarici kəşfiyyatın rəhbərinə qarşı narazılığını ifadə etmişdi. Buna səbəb B.Emyerin fəaliyyətinin Parisin Afrika və Şərqi Avropadakı mövqelərinə zərbə vurması olub. Maraqlıdır ki, Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edən Nikolya Lerner Fransa Baş Qərargahının rəhbəri təyin edilib.

Şübhəsiz ki, agentura şəbəkəsinin ifşa olunması E.Makron hökumətinin iflası deməkdir. Fransa gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşmaq əvəzinə, ölkələrin daxili işlərinə qarışır, qarşıdurma yaradır. Kolonial siyasətə qarşı çıxanlara qarşı sərt cavab addımları atır. Məsələn, Nigerdən qovulan Fransa cavab tədbiri kimi Parisin himayəsi altında olan və fransızdilli ölkələri birləşdirən Frankofoniya Beynəlxalq Təşkilatından (FBT) Nigerin xaric edilməsinə nail olub. Qeyd edək ki, Frankofoniyaya üzv 88 dövlət var. Dünyada frankofonların (fransızdillilərin) sayı 321 milyon nəfərdir.Fransanın hədəfə aldığı ölkələr sırasında Burkino-Faso da var. Yayılan məlumatlara görə, bu dövlətdə dörd fransız kəşfiyyatçı saxlanılıb. Bir daha təsdiqlənir ki, Fransa müxtəlif ölkələrdə daxili sabitliyi pozmağa çalışır, geniş agentura şəbəkəsindən istifadə edir. Azərbaycanda yarqadılan agentura şəbəkəsinin ifşasından sonra indi Burkino-Fasodakı uğursuzluq da Fransanın xüsusi xidmət orqanlarının fiaskosunun göstəricisi kimi qiymətləndirilməlidir. Bu fakt Makron hökumətinin xarici siyasətdə olduğu kimi, təhlükəsizlik sahəsində də yarıtmazlığını üzə çıxarıb.
Beləliklə, qeyd olunanlar aşağıdakı nəticəyə gəlməyə əsas verir.
Birincisi, Fransanın casus şəbəkəsinin dağıdılması Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin düzgünlüyünü, praqmatikliyini sübut etmiş olub. Diktatura üsul-idarəsi ilə müstəqil ölkələrə qarşı hücuma keçilməsi siyasəti iflasa uğrayıb.
İkincisi, casus şəbəkəsinin üstünün açılması Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığını sübuta yetirmiş olub.
Məhz onların sayəsində suverenliyimiz qorunub, ölkəmiz daxilində casus şəbəkəsi və ölkənin müstəqilliyinə təhdid törədə biləcək hərəkətlərin qarşısı alınıb.
Qeyd edək ki, Fransa casus şəbəkəsi ilə bağlı yerləşdirilən xəbərə görə, rezidentura Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib.

Onun əməkdaşlığı nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim olunub. Bundan başqa, məlum olub ki, Azərbaycanın xüsusi xidmət orqanlarının araşdırdığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirmiş bir sıra şəxslər həbs edilib. Mənbənin fikrincə, bu uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuracaq.Fransa ilə yanaşı, Ermənistan da bu məlumatdan dərs çıxarmalıdır. Ümid yeri olan Parisin iç üzü bir daha faş oldu. Nəhayət, İrəvan anlamalıdır ki, çıxış yolu Fransaya və yaxud bir başqasına deyil, Azərbaycanla danışıqlar aparmaqdadır. Bir vaxt ABŞ-yə ümid edirdilər, amma Vaşinqtondan da cavablarını aldılar.Report.