Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya sülh müqaviləsinin yekunlaşdırılmasında Ermənistan və Azərbaycana kömək etməyə hazırdır. Onun sözlərini RİA Novosti sitat gətirib
O qeyd edib ki, Bakı və İrəvan bu yaxınlarda sülh müqaviləsi üzərində işi başa çatdırmaq niyyətlərini dəfələrlə bəyan ediblər. Rusiya prezidentinin mətbuat katibi də dövlətlər arasında imzalanan sazişlərin əhəmiyyətini qiymətləndirərək, bunların Qafqazda proqnozlaşdırıla bilən mühit gətirəcəyini qeyd edib.
“Hər iki tərəf, əslində, bu yaxınlarda dəfələrlə işi başa çatdırmağa, sülh müqaviləsi üzrə işi yekunlaşdırmağa hazır olduqlarını bəyan ediblər. Rusiya onlara kömək etməyə hazırdır, bunu alqışlamağa hazırdır”, – Kreml rəsmisi bildirib. (Tass)