İmişlidə 10 yaşlı uşaq su kanalına düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün rayonun Qaragüvəndikli kəndi ərazisində Boz Təpə su kanalında qeydə alınıb.
Sakinlərin verdiyi məlumata görə, həmin kəndin sakini, 2013-ci il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu evlərinin yaxınlığından keçən su kanalının qırağında heyvan otararkən kanala düşüb.
Hadisədən sonra azyaşlının axtarışları üçün kanalda suyun səviyyəsi minimuma endirilib.
Əraziyə FHN-nin suda xilasetmə qüvvələri cəlb edilib və axtarış aparılır.