Avqust 12, 2025-3:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bərdə-Ağdam avtomobil yolunun üzərində müasir dayanacaqlar quraşdırılıb

2023:12:27 - 17:36
in SOSİAL
A A

Bərdə-Ağdam avtomobil yolunun üzərində müasir tipli dayanacaqlar, müxtəlif məlumatverici lövhələr və işıq dirəkləri quraşdırılıb.

“Report”un Ağdama ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) avtomobil yollarının istismarı və təmiri idarəsinin böyük mütəxəssisi Məmməd Məmmədov deyib.

Onun sözlərinə görə, bundan əlavə burada müxtəlif diametrli suötürücü borular, heyvan keçidləri, yaşayış məntəqələrinin daxilindən keçən hissədə piyadaların təhlükəsizliyi üçün 3 yerdə yerüstü piyada keçidləri tikilib istifadəyə verilib: “Yolun tikintisində Qarabağın inkişaf planı nəzərə alınıb. Həmin avtomobil yolunun tikintisi birinci texniki dərəcəyə uyğun olaraq həyata keçirilib. Yolun 14 və 40-cı km-lik hissəsində yol ötürücülər, 25 və 42-ci km-lik hissəsində isə avtomobil körpüləri inşa edilib.

Xatırladaq ki, ümumi uzunluğu 44,5 km olan Bərdə-Ağdam avtomobil yolu ötən həftə istifadəyə verilib. Dörd hərəkət zolaqlı olan adıçəkilən yolun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Əvvəlki Yazı

Meşədə həmkəndlisinin qətlinə görə tutulan şəxsin məhkəməsi başlayır

Növbəti Yazı

Parlamentdə qadınların təmsilçiliyi artdıqca verilən qərarlar hansı istiqamətdə dəyişir? – Araşdırma

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.