Avqust 11, 2025-21:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Parlamentdə qadınların təmsilçiliyi artdıqca verilən qərarlar hansı istiqamətdə dəyişir? – Araşdırma

2023:12:27 - 17:42
in SOSİAL
A A

Akademik çərçivədə milli qanunvericilik orqanlarında qadınların təmsilçiliyinin həmcinsləri ilə bağlı qərarlara necə təsir etdiyini təhlil etməyə maraq çoxalıb və bu məsələ həmişə mübahisə doğurub. Buna görə də illər ərzində bir çox tədqiqatçılar qadın deputatlar ilə qadın siyasəti arasındakı əlaqəni araşdıraraq bu suala cavab tapmağa çalışıblar. Bu istiqamətdə aparılan araşdırmalar əsasən Amerika, Qərbi Avropa və Afrika regionunu əhatə edib. Hazırda dünyanın digər bölgələrini, xüsusilə bu istiqamətdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini əhatə edən araşdırma mövcud deyil. Biz yuxarıda qeyd edilən regionlarda aparılmış tədqiqatların nəticələrini Mərkəzi Asiya və Cənubi Qafqaz üçün ümumiləşdirə bilmərik. Ona görə də ölkəmizi əhatə edən bu tədqiqat qadın parlamentarilərin həmcinsləri ilə bağlı qəbul edilən qərarlara necə təsir göstərdiyinə dair aparılmış araşdırmalara əlavə töhfə vermək və müqayisə etmək imkanı yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Essex Universitetinin Sosiologiya Departamentinin doktorantı Fərid Ədilovun araşdırmasında yer alıb.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyona yaxın insan qaçqın və məcburi köçkün düşmüş, ailə, qadın və uşaqların yeni sosial və iqtisadi ehtiyacları yaranmışdı. Bu da gender məsələləri ilə bağlı yeni siyasət və qanunların formalaşmasını tələb edirdi. Həmçinin müstəqilliyini yenidən qazanmış Azərbaycan mühüm sosial, siyasi və iqtisadi transformasiyadan keçdi. Bu dəyişikliklər yeni gender məsələlərinin, ictimai həyatda kişi və qadınların rolunun yenidən müəyyən edilməsinə, qadınlar üçün alternativ həyat seçimlərinin axtarılmasına gətirib çıxardı. Bununla yanaşı, postsovet ölkələrində gender bərabərliyi yeni məsələ kimi irəli sürülmüşdü. Bu da dünya birliyinə və Qərbə inteqrasiya üçün qlobal və regional təşkilatlara üzv olmağı, beynəlxalq sənədlərə qoşulmağı zəruri edirdi. Bu istiqamətdə fəaliyyətlər Azərbaycanda müsbət dəyişikliklərə gətirib çıxardı. Məhz buna görə ölkədə qadınların hazırkı fəallığı XX əsrin əvvəllərindəki vəziyyətdən tamamilə fərqlidir.

Azərbaycanda dünyəvi müsəlman ölkəsi kimi ailə, qadın və uşaq məsələləri sahəsində böyük irəliləyiş əldə edilib. Eyni zamanda, ölkədə qadınların siyasi iştirakçılığı artıb. Belə ki, parlamentdə qadınların sayı 1990-cı ildə 4,3 faiz idisə, 2020-ci il seçkilərindən sonra bu rəqəm 18,6 faizə çatıb.

Parlamentdə qadınların təmsilçiliyi artdıqca verilən qərarlar nə dərəcədə dəyişir?

Gender və siyasət məsələləri üzrə bir çox tədqiqatçılar qadın liderlərin xüsusi təsir imkanlarına malik olduqlarını düşünürlər. Bəzi araşdırmalar göstərir ki, qadın liderlər həmcinslərinin siyasi proseslərə qatılmalarını təşviq edir. Onlar siyasi mədəniyyəti dəyişir, həmçinin hökumətin ictimaiyyətə daha açıq və ədalətli olmasını təmin etmək üçün təşəbbüslər irəli sürürlər. Bundan əlavə, qadınlarla bağlı siyasi təkliflərin və qanunların sayını artırırlar.

Parlamentdəki qadınların onların həmcinsləri ilə bağlı siyasətə təsirinə dair çoxlu fikirlər var. Aparılmış araşdırmalar göstərir ki, qadın parlamentarilər həmcinslərini təmsil etmək üçün özlərini məsul hesab edirlər. Eyni zamanda, onlar qadın məsələlərini daha yaxşı anlayır, qəbul edir və öz qadın seçiciləri ilə eyni fikri bölüşürlər. Qadın parlamentarilər həmcinslərini maraqlandıran məsələləri kişi həmkarlarından daha yaxşı başa düşür və onlara üstünlük verirlər.

1991-ci ildə ABŞ-da aparılmış bir araşdırmanın nəticələri göstərir ki, qadın deputatlar qadın hüquqları ilə bağlı qanun layihələri sahəsində kişilərə nisbətən üstünlük təşkil ediblər. Belə ki, qadınların ənənəvi maraq sahələri olan qadın hüquqları, səhiyyə, uşaq və ailə kimi məsələləri əks etdirən bir sıra mövzular qadın deputatların prioritetləri sırasında olub. Bununla belə, 2001-ci və 2013-cü illərdə ABŞ-da aparılmış digər araşdırmalar göstərir ki, qadın millət vəkilləri qadın məsələləri (səhiyyə, hüquq, cinayət və ailə, əmək, məşğulluq və miqrasiya kimi) ilə bağlı siyasətin tətbiqi və qəbulunda kişilərə nisbətən daha az uğurlu olublar.

Avropa regionunda aparılmış araşdırmalara nəzər yetirdikdə müsbət nəticələri görmək mümkündür. Məsələn, 1996-cı ildə tədqiqatçı Norris 1320 britaniyalı parlamentarini sorğu edərək belə nəticəyə gəlib ki, məişət zorakılığı ilə mübarizə, abort, qadınlar üçün bərabər imkanlar və digər məsələlərə qadınlar kişilərə nisbətən daha çox dəstək veriblər. 2006-cı ildə Belçika parlamentində aparılmış araşdırma göstərib ki, qadınların parlamentdə sayının az olmasına baxmayaraq, onlar əmək və məşğulluq, təhsil, mənzil, reproduktiv sağlamlıq, fiskal öhdəliklər və qadınların maraqlarını təmsil etmək kimi məsələlərin həllində daha fəal olublar.

Bundan əlavə, Kittilsonun (2008) 1970-2000-ci illərdə 19 ölkə üzrə apardığı sistemli təhlillər nəticəsində müəyyən olunub ki, parlamentdə qadınların sayının artması həmcinsləri ilə bağlı siyasətə müsbət təsir göstərir. Həmçinin qadınların parlamentdə iştirakı Avropada analıq və uşağa qulluq məzuniyyətinin qəbuluna və həcminə əhəmiyyətli töhfə olub.

Əvvəlki Yazı

Bərdə-Ağdam avtomobil yolunun üzərində müasir dayanacaqlar quraşdırılıb

Növbəti Yazı

“Akademiyanın Şuşanamə salnaməsi”- elmi konfrans

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.