Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Azərbaycanda ən yaxşı memarlıq layihələrinin müəlliflərini seçib.
“Report” xəbər verir ki, bu münasibətlə tədbir keçirilib.
Tədbirdə bildirilib ki, adı strateji təfəkkür və müasirləşmə rəmzinə çevrilən Ulu Öndər Azərbaycan memarlığında silinməz izlər qoyub. Onun rəhbərliyi müddətində ölkədə bir çox mühüm memarlıq layihələri reallaşdırılıb, əsl intibah dövrü yaşanıb.
Ardınca orijinallığına və yeni konsepsiyaların fərqli istifadəsinə görə seçilmiş ən yaxşı memarlıq layihələrinin müəllifləri – memarlar Marselina Zielinska (“Chapman Taylor” şirkəti), Karlis Saltups (“Cobalt Architecture & Design” MMC), Elçin Umudov (Bakı Dövlət Layihə İnstitutu), Fizuli Əliyev, Əli Məmmədov, Məleykə Novruzlu (“Design Bureau” MMC), Cahangir Məmmədrzayev (Bakı Dövlət Layihə İnstitutu), Martin Knujit (OKRA şirkəti) “Çoxmənzilli yaşayış binalarının memarlığı”, “İctimai binaların memarlığı”, “Mədəniyyət və dini abidələrin memarlığı”, “Landşaft memarlığı”, “Binaların bərpası və yenidən qurulması”, “Nəqliyyat, rabitə və mühəndis bina və qurğularının memarlığı” nominasiyaları üzrə təltif ediliblər. Həmçinin bəzi memarlara həvəsləndirici diplomlar təqdim edilib.