ABŞ senatoru Lindsey Graham (Respublikaçı, Cənubi Karolina) Tehranın Yəməndəki husi üsyançılarını dəstəklədiyinə görə İranda bir neçə hədəfə zərbə endirməyi təklif edib.
“Husilər İran tərəfindən tam dəstəklənir. Artıq altı aydır ki, deyirəm ki, İrana zərbə endirin. Onların neft yataqları var, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kosmos qərargahı var. Bunları yer üzü ilə silin ” deyə Fox News- a müsahibəsində vurğulayıb.
İsrailin Qəzza zolağında əməliyyatı başlayandan bəri husilər İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və onlarla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazında hərbi əməliyyatlar başlayana qədər keçməsinə icazə verməyəcəklərini bildiriblər.Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlamaq niyyətlərini açıqlayıblar. Əməliyyatda ABŞ-dan başqa, Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Seyşel adaları və Fransa da iştirak etməlidir.
Bundan əvvəl BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik demişdi ki, Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının artması beynəlxalq ticarətə ciddi ziyan vura və ekoloji fəlakətə səbəb ola bilər. (Tass)