İyun 19, 2025-16:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Sənayenin inkişafına dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib

2023:12:29 - 10:07
in İQTİSADİYYAT
A A

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviq edilməsi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında 2-ci dəfə keçirdiyi “Sənayenin inkişafına dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, qaliblərlə keçirilən görüşdə qurumun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov iqtisadiyyatın prioritet sahələri üzrə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi istiqamətində kredit təşkilatlarının rolunun əhəmiyyətini vurğulayıb, müsabiqə iştirakçılarına təşəkkür edib. O, bildirib ki, müsabiqə çərçivəsində Fondun müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri 110 layihəyə ümumilikdə 46,6 milyon manata yaxın güzəştli kredit ayırıb.

Müsabiqə komissiyasının qərarına əsasən sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələri üzrə kredit ayrılan layihələrin icra olunacağı regionlar, kredit ayrılmış sahibkarlıq subyektinin kateqoriyası (qadın və gənc sahibkarlar) və kredit məbləği əsas götürülməklə, 1-ci yerə “Rabitəbank” ASC-nin nümayəndəsi Səbuhi Əzizxanlı, 2-ci yerə “Bank Respublika” ASC-nin nümayəndəsi Rəhim Rəhimov, 3-cü yerə “Kapital Bank” ASC-nin nümayəndəsi Səbuhi Yusifzadə layiq görülüb.

Qaliblər diplom və pul mükafatları ilə təltif ediliblər.

Əvvəlki Yazı

Samuxda mərkəzi park yenidən qurulur

Növbəti Yazı

Üç ali təhsil müəssisəsində ilk dəfə səs verəcək gənclər üçün seminarlar keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.