Regional əməkdaşlıq, təhlükəsizlik və sülh sabitliyin, inkişafın əsasıdır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Cənubi Qafqazda sülhlə bağlı məsələlərə də xüsusi yer ayırıb.Rəsmi Bakı sülh sazişi və əməkdaşlıqla bağlı Ermənistana bir neçə dəfə təkliflər paketi təqdim edib. İrəvanın həmin təkliflərə cavabı qeyri-müəyyəndir.Ermənistan baş naziri Nikol Paşinyan, parlament sədri Alen Simonyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan son günlər çıxış və müsahibələrində sülh sazişinin aktuallığından bəhs edirlər. Azərbaycan Prezidenti İlham Əiyevlə N.Paşinyan arasında MDB sammiti çərçivəsində Sankt-Peterburqda ayaqüstü söhbətdə də elə bu məsələ müzakirə olunub.A.Simonyan rəsmi Bakının bu istiqamətdə atdığı addımları da alqışlayıb. O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır, İrəvanla Bakı arasında razılaşma mümkündür. Spikerin sözlərinə görə, sülh heç vaxt bu qədər yaxın olmayıb: “Azərbaycan bu istiqamətdə addımlar atır”.

O, bunun sülh istiqamətində çox ciddi addım ola biləcəyini də vurğulayıb. Nazir sülh prosesinə Ermənistanın mane olduğunu, 2020-ci il 10 noyabr bəyanatından sonra qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarmamaqla bunu ləngitdiyini də qeyd edib.C.Bayramov bu açıqlamasını rəsmi İrəvana cavab kimi də dəyərləndirmək olar. O, bununla Ermənistan hakimiyyətini sülh prosesini ləngitməməyə, təkliflərə əməli addımlarla cavab verməyə dəvət edib.
Vasitəçilərin iştirakı olmadan Bakı və İrəvan arasında birbaşa görüşlərin keçirilməsi Azərbaycanın irəli sürdüyü formatdır. Qarşı tərəfin buna müsbət cavab verməsi də vasitəçilik iddiasında olanlar üçün birgə cavab sayıla bilər. Azərbaycanla Ermənistan arasında hərbçilərin dəyişdirilməsi üzrə birgə açıqlama rəsmi Bakının ikitərəfli görüşlər üzrə atılan ilk addımı da sayıla bilər.

