İsrail ordusunun son məlumatlarına görə, oktyabrın 7-də quru əməliyyatı başlayandan bəri yaralanan İsrail əsgərlərinin sayı 936-ya yüksəlib, onlardan 209-nun vəziyyəti ağırdır, yaralıların ümumi sayı isə 2 min 180-ə çatıb , onlardan 344-nün vəziyyəti ağırdır. Öldürülən İsrail əsgərlərinin sayı 502-yə yüksəlib, onlardan 168-i quru işğalı zamanı olub.