Rusiya prezidentliyinə namizəd Vladimir Putinin saytı xaricdən çoxsaylı DDoS hücumlarına məruz qalıb, seçki qərargahının mətbuat katibi Aleksandra Suvorova bildirib. Onun sözlərinə görə, bütün lazımi tədbirlər görülüb, RİA Novosti xəbər verir. Qeyd olunur ki, indi resurs nasazlıq olmadan işləyir.
Bu gün günortadan sonra Rusiya prezidentliyinə namizəd Vladimir Putinin saytı fəaliyyətə başlayıb: putin2024.ru. İşə başlayandan bəri ( Bakı vaxtı ilə saat 14.00-da) resurs xaricdən çoxsaylı DDoS hücumlarına məruz qalıb ”, – Suvorova bildirib.