İsrailin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əz-Zəvaid bölgəsinə endirdiyi zərbə bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnib. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarələr anklavın cənubunda yerləşən Xan Yunis şəhərinə reydlər keçirməyə davam edir. Al Mayadeen telekanalının məlumatına görə , hazırda şəhərdə şiddətli döyüşlər gedir. (Tass)