KXDR silahlı qüvvələri fövqəladə vəziyyət yarandıqda Koreya Respublikasının bütün ərazisini, o cümlədən nüvə silahının köməyi ilə “sakitləşdirməyə” hazır olmalıdır. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi ölkə lideri Kim Çen In-ə istinadən məlumat yayıb.
“Xalq Ordusu hər an pisləşən Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətini diqqətlə izləməli və bu vəziyyəti incəliklə idarə etməlidir. Dövlətimizin təhlükəsizliyini təmin etmək üçün hərbi siyasət həyata keçirməlidir və onun cavabı sarsıdıcı olmalıdır”, – deyə o bildirib.
“[Koreya Xalq Ordusu] fövqəladə vəziyyət zamanı nüvə qüvvələri də daxil olmaqla bütün fiziki vasitələri səfərbər etməklə Cənubi Koreyanın bütün ərazisini sakitləşdirməyə yönəlmiş möhtəşəm tədbirlərə hazırlığı davam etdirməlidir”, – Kim Çen In vurğulayıb. Onun sözlərinə görə, KXDR Silahlı Qüvvələri “ortaya çıxa biləcək nüvə böhranına tez reaksiya verməyə” hazır olmalıdır. (Tass)