Rusiya BMT-nin baş katibi Antonio Quterreşin Ukraynanın Belqoroda endirdiyi zərbə ilə bağlı açıqlama verməməsinə təəccüblənir. Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Baş katibin bu məsələdə susması bizi təəccübləndirir. Ukronazilərin və onların marionet ustalarının – “sivil demokratiyalar”dan olan ortaqların hədsiz vəhşiliyinə cavab olaraq susmaq onların qanlı əməllərində şərik olmağa bərabər olacaq”, cənab Nebenzya bildirib. Onun sözləri daimi nümayəndəliyin saytında verilib.
BMT Baş katibinin ofisi Belqoroda endirilən zərbəni şərh edərkən daha əvvəl bəyan etmişdi ki, mülki infrastruktura və mülki şəxslərə hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır və dayandırılmalıdır.
Təhlükəsizlik Şurasının iclasında Vasili Nebenzia Ukrayna hücumunu terror hücumu və mülki infrastruktura qəsdən hücum adlandırıb. Moskvanın məlumatına görə , hücumun təşkilində ABŞ və Böyük Britaniya iştirak edib. Rusiya Federasiyasının Daimi Nümayəndəsi Rusiya Federasiyasının Xarkov vilayəti ilə sərhəddə “vəziyyəti düzəldəcəyini” vəd edib. (Kommersant.ru)