İyun 18, 2025-13:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Suqovuşanda 190 mənzillik yaşayış məhəlləsinin inşası ilə bağlı son yeniliklər açıqlanıb

2024:01:03 - 11:33
in SOSİAL
A A

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsində inşaat işləri davam edir. Ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 5 çoxmənzilli binanın tikintisi həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri yaşayış məhəlləsinin tikintisi aparılan ərazidə olub, görülən işlərlə maraqlanıb. Layihə rəhbəri Vidadi Həsənov bildirib ki, yaşayış məhəlləsindəki binaların hər biri beşmərtəbəlidir. 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa edilir.

Artıq üç binanın birinci mərtəbəsinin döşəməsi betonlanıb, ikinci mərtəbədə hazırlıq işləri gedir. Qalan iki binada isə zirzəmidə işlər yekunlaşıb.

Hər biri iki girişli olan binalarda lift quraşdırılacaq. Hər binanın zirzəmisində 22 avtomobil üçün dayanacaq olacaq. İstilik təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

Məhəllədə futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası, su anbarı və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq.

Xatırladaq ki, Suqovuşan qəsəbəsi Vətən müharibəsində, 2020-ci il oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Əvvəlki Yazı

Azərbaycanın Əməkdar artisti İtaliyada növbəti konsertdə çıxış edib

Növbəti Yazı

Əmirbəyov: “Bakı İrəvanla sülh sazişi üzrə danışıqların növbəti mərhələsinin keçirilməsinin tərəfdarıdır”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.