İyun 18, 2025-19:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bayram günlərində Lənkərana gələn turistlərin sayı artıb 

2024:01:03 - 15:00
in İQTİSADİYYAT
A A

Yeni ilin gəlişini maraqlı və yaddaqalan keçirmək üçün insanlar müxtəlif yerlərə üz tuturlar. Belə yerlərdən biri Lənkəran şəhəridir. Bura gələn insanlar arasında yerli turistlərlə yanaşı, xarici qonaqlara da rast gəlmək mümkündür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkərana bayram günlərində gələn həm xarici, həm də yerli turistlərin sayı artıb. Bura gələn yerli turistlər daha çox fərdi evlərdə deyil, istirahət mərkəzlərində qalmağa daha çox üstünlük verirlər. Şəhər ərazisində xidmət göstərən hotel və istirahət mərkəzlərində qiymətlərin münasib olması turistlər üçün əsl bayram hədiyyəsi olub.

Hotel meneceri Hikmət Məmmədov bildirir ki, bu il Yeni ili cənub bölgəsində qeyd etmək istəyən vətəndaşların sayı həddindən artıq çox olub:

“Bayram günlərində Lənkərana gələn turistlərin sayı adi günlərdən iki dəfə çox olub. Əsasən paytaxt Bakı və xarici ölkələrdən gələn qonaqlarımız üstünlük təşkil edir. Yeni il gecəsində turistlərə əyləncəli proqramlar və canlı musiqilər təqdim olunub. Qonaqların yaxşı istirahəti üçün hər cür şərait yaradılıb”.

Paytaxt Bakıdan gələn Elşən Həsənov bildirir ki, Lənkəranın havası, təbiəti, yeməkləri onların daha çox xoşuna gəlir: “Səs-küydən uzaq, sakit bir yer olaraq bu dəfə Lənkəran rayonunu seçdik. Buranın mətbəxini isə xüsusi vurğulamaq istəyirəm, yeməklərindən doymaq olmur”.

Turizm obyektlərinin sahibləri bildirirlər ki, qiymətlərdə elə də artım müşahidə olunmur. İmkana görə turistlərin daha bahalı hotellərdən başlayaraq kənd evlərinə qədər fərqli seçim variantları var.

Qeyd edək ki, Lənkəran şəhərində 2 nəfərlik ailə üçün bir günlük tətilin qiyməti təxminən 150 manatdan başlayır. Bura sadəcə, otaq və səhər yeməyi daxildir. Əyləncə üçün isə əlavə xərc tələb olunur.

Əvvəlki Yazı

Dəyişən geosiyasi vəziyyət, yeni reallıqlar – Azərbaycanın nəqliyyat və logistika sahəsində uğurları

Növbəti Yazı

Əksər almanlar Scholz-un ​​kabinetinin 2024-cü ildə dağılacağı fikrini bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.