İyun 18, 2025-21:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Göygölün məşhur göy kətəsi və qozlu kofesi

2024:01:03 - 16:41
in İQTİSADİYYAT
A A
İsti yay günlərində olduğu kimi, soyuq havalarda da Göygöl rayonu yerli və xarici turistlərin tez-tez gəldiyi bölgələrdəndir. Gələn qonaqlar göllər tacı olan Göygölə, eləcə də hər tərəfdən meşəli dağlarla əhatələnmiş təbiətə heyranlıqla tamaşa edirlər. Təbiətin bu əsrarəngiz gözəlliyi qışda da göz oxşayır. Əsas da yol kənarlarında demək olar ki, addımbaşı yerli sakinlər tərəfindən yerindəcə hazırlanan kətə və qozlu kofe insanların damaq zövqünü oxşayır.

AZƏRTAC-ın bölgə müxbiri Göygöl rayonunda fəaliyyət göstərən yol kənarı xırda turizm obyektlərində olub, burada hazırlanan ləziz kətə və qozlu kofedən dadaraq, turistlərlə söhbət edib.

Rayonun qonaqları soyuq qış aylarında buraya xüsusilə qozlu kofedən dadmaq üçün gəldiklərini deyirlər.

Göygöl rayonuna daha çox təbiəti və təmiz havası üçün gəldiyini bildirən Ramin Əliyev burada mütləq qozlu kofedən daddığını söyləyib: “Buraların təmiz havası ilə yanaşı, pürrəngi çayı, kətəsi və qozlu kofesi əvəzolunmazdır. Göygöldən başqa digər ərazilərdə qozlu kofeyə rast gəlməmişik”.

“Demək olar ki, Aşıqlı, Hacıkənd bölgəsinə tez-tez dincəlmək üçün gəlirəm. Burada yol kənarı yaxşı kətə bişirilir, qozlu kofe hazırlanır. Qiymətlər də münasibdir,” – deyə rayon sakini Şükür Qasımov bildirib.

Satıcılar hazırlanan qozlu kofenin bölgəyə xas olduğunu və hazırlanma qaydasını məxfi saxladıqlarını söyləyirlər.

“Yay fəslində olduğu kimi qışda da həm yerli sakinlər, həm də qonaqlar qozlu kofeyə böyük maraq göstərirlər. Qozlu kofenin aşağı hissəsi sadə kofedən yuxarı hissəsi isə xüsusi hazırlanan krem və qoz ləpəsindən ibarətdir. Bir fincan qozlu kofenin qiyməti 2 manat 50 qəpikdir. Gündəlik təxminən 80-100 arası qozlu kofe satırıq,” – deyə Səid Səmədli bildirib.

Əvvəlki Yazı

Əksər almanlar Scholz-un ​​kabinetinin 2024-cü ildə dağılacağı fikrini bildirib

Növbəti Yazı

“Azərbaycan bağı” və Natəvanın abidəsi ilə bağlı Fransanın Evian-lö Bən şəhər meriyasına müraciət edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.