Hücumlardan sonra bütün gözlər üzərində olan İsraildən də partlayışlarla bağlı açıqlama gəlib. İsrail Ordusunun sözçüsü Daniel Həcəri mətbuat konfransında bir jurnalistin İsrailin İrandakı hücumlarla əlaqəsi olub-olmaması ilə bağlı sualına belə cavab verib: “Bu barədə şərh verməyəcəyəm”.
Ordu sözçüsü Həcəri, “Deyə bilərəm ki, HƏMAS ilə müharibəyə fokuslanmışıq. Bu müharibə üçün əldə edilməli olan dəqiq hədəflər var və biz bu hədəflərə çatmaq üçün çalışmaqda davam edəcəyik” deyib.