Çin prezidenti Si Cinpin İran prezidenti İbrahim Rəisiyə Kirmanda baş verən terror aktı ilə bağlı başsağlığı verib. Bu barədə Sinxua agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Çin lideri “Kirman şəhərində baş vermiş dəhşətli terror aktı ilə bağlı xəbərdən sarsıldığını” qeyd edib və Çin hökuməti və xalqı adından həlak olanlara və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Si Cinpin vurğulayıb ki, Çin terrorizmin bütün növlərinə qarşıdır, Kirman hücumunu qətiyyətlə pisləyir və İranın milli təhlükəsizliyi qorumaq səylərini qətiyyətlə dəstəkləyir. (Tass)