Yanvarın 4-də səhər saatlarında Sankt-Peterburqda havanın temperaturu mənfi 25,3 dərəcəyə enib. Beləliklə, şəhər bu tarix üçün 1950-ci ildə mənfi 25,1 dərəcə təyin edilmiş mütləq gündəlik minimumu qırdı. Bu barədə şəhərin baş sinoptiki Aleksandr Kolesov Telegram- da məlumat verib.
Kolesov bildirib ki, Sankt-Peterburqun mərkəzi rayonlarında səhər saat 8-dən 9-a qədər yeni gündəlik minimum müəyyən edilib. Eyni zamanda, şəhərin şərq və cənub ətraflarında havanın temperaturu mənfi 27-28 dərəcəyə çatıb. Öz növbəsində, Leninqrad vilayətinin şimal-şərqində termometr mənfi 36 dərəcəyə enib. (Lenta.ru)