İyun 20, 2025-14:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

İraq beynəlxalq koalisiyanın ölkədə mövcudluğunun əsaslandırılmasının başa çatdığını bildirib

2024:01:05 - 13:48
in DÜNYA
A A

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqda olmasının əsaslandırılması başa çatıb və Bağdad ölkədə xarici hərbçilərin mövcudluğuna son qoymaq üçün konkret tədbirlər görmək niyyətindədir. Bunu İraqın baş naziri Məhəmməd əl-Sudani deyib.

“Hökumət beynəlxalq koalisiyanın ölkədə mövcudluğunun əsaslandırılması başa çatdıqdan sonra dayandırılması ilə bağlı qəti mövqeyini təsdiqləyir” deyə əl- Sudani bildirib. İraqın baş naziri qeyd edib ki, hazırda ölkə hakimiyyəti “İraqda koalisiya qüvvələrinin mövcudluğuna son qoymaq üçün tədbirlər hazırlamaq üçün yaradılmış ikitərəfli komitə çərçivəsində danışıqların başlanması tarixini müəyyənləşdirir”.

Əl-Sudani koalisiya qüvvələrinin “dövlətə tabe olan və İraq ordusunun tərkib hissəsi olan” əl-Həşd əş-Şabi milislərinin mövqelərinə son hücumlarını pisləyib.

Yanvarın 4-də şiə Hizbullah əl-Nücəbə hərəkatının komandirlərindən biri Əbu Təqva Amerikanın pilotsuz təyyarəsinin Bağdadda endirdiyi zərbə nəticəsində öldürülüb, ən azı altı nəfər yaralanıb. Əbu Təqva hərəkatın 12-ci briqadasına rəhbərlik edib və eyni zamanda İraq şiə milisləri Əl-Həşd əş-Şaabinin tərəfdarı olub. Dekabrın 26-da ABŞ Mərkəzi Komandanlığı İraq və Suriyada koalisiya qüvvələrinə qarşı hücumlara cavab olaraq şiə qruplaşması “Kətaib Hizbullah”ın İraq ərazisindəki hədəflərinə hücumlar təşkil etdiyini açıqlayıb. Bundan sonra İraq hökuməti ABŞ-ın respublikadakı hədəflərə endirdiyi zərbələri ölkənin suverenliyini pozan düşmənçilik aktı kim qiymətləndirib. (Tass)

Əvvəlki Yazı

Cənubi Koreya Şimali Koreyanın atəşinə cavab verib

Növbəti Yazı

Daha bir Avropa ölkəsi Rusiyadan qaz idxalını qadağan etmək qərarına gəlib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.