Belarusun xarici işlər naziri Sergey Aleynik Səudiyyə Ərəbistanına səfəri zamanı ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək. Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü il yanvarın 7-8-də Belarus Respublikasının Xarici İşlər Naziri Sergey Aleynik Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər edəcək. Gündəliyin əsas məsələsi S. Aleynik və onun həmkarı, Xarici İşlər Naziri Şahzadə Faysal bin Fərhan Al Səud arasında görüşdür”, – deyə məlumatda bildirilir.
Səfər proqramına Belarus nümayəndə heyətinin Səudiyyə Ərəbistanının nazirliklərində, idarələrində və işgüzar dairələrinin nümayəndələri ilə bir sıra görüşləri də daxildir. Ticarət-iqtisadi qarşılıqlı fəaliyyət, siyasi əlaqələrin gücləndirilməsi və müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsi vurğulanmaqla ikitərəfli və çoxtərəfli gündəliyin cari məsələləri müzakirə olunacaq.
“Danışıqların ayrı-ayrı mövzuları ərzaq təhlükəsizliyi, regionda və bütövlükdə dünyada vəziyyət olacaq”, – Belarus diplomatik departamentindən bildiriblər. (Tass)