İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə şiə Hizbullah təşkilatının silahlı qanadının hədəflərinə yeni hava zərbəsi endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın Aita əş-Şaab və Məcdəl Zun bölgələrinə hücum edib”, – məlumatda deyilir.
Ordu əlavə edib ki, vurulan hədəflər arasında Hizbullah infrastrukturu, hərbi post və şiə təşkilatının milis üzvlərinin istifadə etdiyi obyekt olub. (Tass)