İyun 20, 2025-20:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Milli Kitabxana “Epiqrafçı alim Məşədixanım Nemətova – 100” adlı ənənəvi sərgi təqdim edib

2024:01:05 - 17:43
in SOSİAL
A A

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Epiqrafçı alim Məşədixanım Nemətova – 100” adlı ənənəvi kitab sərgisi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, sərgidə alimin Azərbaycan və rus dillərində əsərləri, redaktoru, rəyçi olduğu əsərlər və elmi məcmuələrdə nəşr olunmuş məqalələri nümayış olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, bu gün tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, “Şöhrət” ordeni ilə təltif olunmuş tanınmış epiqrafçı alim Məşədixanım Nemətovanın anadan olmasının 100 ili tamam olur. O, 1924-cü il yanvarın 5-də Bakıda dünyaya göz açıb. M.Nemətova 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini gəzərək, ərəb qrafikasının çətin oxunan kufi kitabələrini araşdırıb oxuyub və onların tarixi əhəmiyyətini müəyyənləşdirib. İqtisadi-siyasi, sosial-mədəni, tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi – sufizm, toponimika, etnogenez və s. bu kimi problemlərə dair külli miqdarda yeni, bəzən hətta yeganə dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirib.

M.Nemətova elmi fəaliyyətin nəticəsi kimi 12-dən artıq monoqrafiya, 200 elmi məqalə, o cümlədən, 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nu nəşr etdirib. M.Nemətova 2016-cı ildə 92 yaşında vəfat edib.

Əvvəlki Yazı

Azərbaycan Texnologiya Universiteti ilk dəfə ikili diplom proqramını həyata keçirəcək

Növbəti Yazı

Bakıda hoteldə yanğın olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.