General Qasim Süleymaninin dəfn olunduğu Kirman şəhərində qəbiristanlıq yaxınlığında partlayış törədən iki kamikadzedən biri Tacikistan vətəndaşıdır. Tasnim agentliyi İranın Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.
İdarənin məlumatına görə, ikinci terrorçunun şəxsiyyəti müəyyənləşdirilir.
Daha əvvəl “Tasnim” xəbər verib ki, İslam Respublikasının hüquq-mühafizə orqanları terror aktında əli olmaqda şübhəli bilinərək 11 nəfəri saxlayıb və orada kamikadzelərin yaşadığı, istifadəyə hazır partlayıcı qurğuların da tapıldığı evi aşkar ediblər. (Tass)