Fransanın xarici işlər naziri Ketrin Kolonna fələstinli həmkarı Riyad əl-Maliki ilə danışıqlar aparıb, Qəzza zolağındakı vəziyyəti və anklav əhalisinə humanitar yardımın çatdırılmasını müzakirə edib. O, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Fələstinli həmkarım əl-Maliki ilə uzun söhbət etdik. Qəzzada humanitar vəziyyət indi faciəvidir, daha çox [humanitar yardım] göndərə bilmək lazımdır” deyən xarici işlər naziri Fransa və İordaniyanın əlavə yardım göndərdiyini əlavə edib.
2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə sızmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Fələstin anklavına, Livan və Suriyanın bəzi hissələrinə qarşı qisas almağa başladı. Ötən il dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan barışıq rejimini pozmaqda günahlandırıb və sektorda yenidən hərbi əməliyyatlara başladığını bəyan edib. Fələstin Administrasiyası İsrailin yeni təcavüzündə ABŞ-ı günahlandırıb. (Tass)