Fələstinin Həmas hərəkatının silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları İsrail ordusunun səkkiz əsgərdən ibarət dəstəsinin məhv edildiyini bildirib. Qrup müvafiq məlumatı öz Telegram kanalında yerləşdirib.
Radikalların sözlərinə görə, onlar Xan Yunis şəhərinin şərqində (Qəzza zolağının cənubunda) yerləşən Beni Suheil kəndi ərazisində İsrail əsgərlərini pusquya salıblar. (Tass)