Bu barədə Qəzza hökumətinin mətbuat xidməti məlumat yayıb.Sakinlərin sözlərinə görə, İsrail ordusunun 92 gün davam edən soyqrım müharibəsu zamanı Qəzzadan təxminən 90 milyon şekel (24,5 milyon dollar) dəyərində pul, qızıl və qiymətli əşyaları oğurladığı qeydə alınıb.
Açıqlamada oğurluqların müxtəlif üsullarla baş verdiyi, İsrail əsgərlərinin Səlahəddin küçəsində qurduğu keçid məntəqəsində şimaldan cənuba doğru həyata keçirdiyi miqrasiya prosesi zamanı köç edən Fələstinlilərin pul və qızıl kimi qiymətli əşyalarını daşıdıqları çantaları müsadirə etdikləri bildirilib.
Açıqlamada Qəzza xalqını evlərini tərk etməyə məcbur edən İsrail qüvvələrinin boş evlərə girərək soyğunçuluq etdiyi və əsgərlərin törətdikləri bu cinayətin xatirə foto və videolarını çəkərək sosial media hesablarında paylaşdıqları bildirilib. (TRT Haber)