Bir çox şirkətlər yaxın illərdə Aya getmək üçün rəqabət apardıqca, elm adamları peykin ehtiyatsız istismarının geri dönməz zərər verə biləcəyindən narahatdırlar.
Səyahətlərin əksəriyyətinin məqsədi Aydan minerallar, su və digər ehtiyatların çıxarılması yolu ilə Ayda yaşayış üçün əlverişli baza yaratmaqdır.
Ancaq Ayın səthində heç bir məhdudiyyət olmadan aparılacaq bu araşdırmalar qravitasiya dalğaları ilə bağlı araşdırmalara, qara dəliklərin müşahidələrinə və uzaq ulduzlarda həyat axtarışına zərər verə bilər.
Məsələ ilə bağlı Guardian-a danışan Harvard Astrofizika Mərkəzindən Martin Elvis, “Bu məsələ aktuallaşıb. Biz indi hərəkətə keçməliyik. Çünki bu gün verəcəyimiz qərarlar gələcəkdə Aya necə davranacağımızı müəyyənləşdirəcək” deyib.
Beynəlxalq Astronomiya İttifaqı tərəfindən yaradılan və Qrin başçılıq etdiyi işçi qrupu bu ay BMT-də məsələ ilə bağlı iclas keçirməyi planlaşdırır.
Danışıqların məqsədi yerdənkənar resurslardan istifadə ilə bağlı qanunvericiliyin gücləndirilməsidir.
1967-ci il Kosmos Müqaviləsi ölkələrin səmada hər hansı bir torpaq üzərində ərazi hüquqları iddiasına mane olur, lakin sazişdə kosmik mədən və ehtiyatların istismarından bəhs edilmir.
Qrin, “Ayda milyardlarla il əvvəl əmələ gələn bir neçə dərin krater aşkar edilib. Bu kraterlərə heç vaxt günəş işığı toxunmayıb və buna görə də inanılmaz dərəcədə soyuqdurlar. Bu, onları elmi baxımdan çox qiymətli edir” deyib.
ABŞ aliminin gündəmə gətirdiyi kraterlərdə daim soyudulması lazım olan infraqırmızı teleskopların tikilə biləcəyi və buradan uzaq ulduzların müşahidə oluna biləcəyi düşünülür.
Kraterlərdə buz halında su olması da mümkündür. Bu, onları Aya gedən şirkətlər üçün əvəzolunmaz edir.
Mövzuyla əlaqədar dərhal tədbir görülməsi lazım olduğunu müdafiə edən Qrin, “Burada problem, BMT müqavilələrində dəyişikliklərin edilməsinin çox uzun sürməsidir. Ona görə də hərəkətə keçmək istəyiriksə, dərhal hərəkətə keçməli və beynəlxalq müqavilələrlə təminat verməliyik” dedi. Ayın bənzərsiz elmi xüsusiyyətləri düşünülməmiş istismar nəticəsində məhv edilə bilər”. (TRT Haber)