Fələstinli Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına bağlı Fələstin Əsirlər İşləri Komitəsi tərəfindən birgə yazılı açıqlama verilib.
Bəyanatda, qeyd edilib ki, İsrail qüvvələri dünəndən bəri işğal altındakı İordan çayının qərb sahilində azı 40 fələstinlini nəzarətə götürüb.
Qəzza hücumların başladığı 7 oktyabrdan bəri işğal altındadır. Qərb Sahili və Şərqi Qüdsdə “evlərindən, hərbi keçid məntəqələrindən saxlanılanlar, təzyiq altında təslim olmaq məcburiyyətində qalanlar və nəzarətə alınanlar da daxil olmaqla” məhbusların ümumi sayının 5730-a çatdığı bildirilib.
Açıqlamada İsrail qüvvələrinin fələstinliləri saxladıqları müddətdə döydüyü, işgəncələrə məruz qoyduğu və hədələdiyi bildirilib.
Sözügedən iki qurumun illik hesabatına görə, 2023-cü ilin dekabr ayının sonuna olan məlumata görə, İsraildə həbsxana və təcridxanalardakı fələstinlilərin sayı 80-i qadın olmaqla 8800-ə yüksəlib. (TRT Haber)