İsrail qırıcıları Livandakı şiə təşkilatı Hizbullahın silahlı qanadının hədəflərinə yeni hücumlar həyata keçirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı bir sıra Hizbullah terror obyektlərinə, o cümlədən Hizbullah terrorçularının fəaliyyət göstərdiyi hərbi obyektlərə zərbələr endirib”.
Bundan əlavə, “bir müddət əvvəl Livandan İsrailin şimalındakı Kiryat Şmona şəhərinə tank əleyhinə raket buraxılıb”, – mətbuat xidməti davam edir. “Cavab olaraq İDF Livan ərazisinə zərbələr endirib”, – deyə ordu əlavə edib. (Tass)