Livanda şiə Hizbullah təşkilatının Radvan bölməsinin yüksək səviyyəli komandiri İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. Bu barədə üç təhlükəsizlik mənbəsinə istinadən Reuters agentliyi məlumat yayıb.
Onların məlumatına görə, İsrail Livanın cənubuna hücum edib. Reuters-in qeyd etdiyi kimi, Livanda oktyabrın 7-dən bəri 130-dan çox Hizbullah üzvü öldürülüb. (Tass)