İyun 24, 2025-2:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BSU-da cari tədris ilinin payız semestrinin imtahan sessiyası başlanıb

2024:01:08 - 16:17
in SOSİAL
A A

Yanvarın 8-dən Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası ənənəvi formada başlanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, hər iki tədris binası üzrə imtahanlar mərkəzləşdirilmiş qaydada əsas binada təşkil olunub. İmtahan keçirilən zalda imtahanın başlama və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib.

İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq lövhələrdə asılıb.

İmtahanlarda bakalavr və magistratura səviyyələri üzrə ümumilikdə BSU-da təhsil alan 5145 tələbədən 4573-ü iştirak edir. Payız semestrinin imtahan sessiyasında ümumilikdə 1691 imtahanın keçirilməsi nəzərdə tutulur.

2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə gənclər təşkilatlarının, mətbuat nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.

Payız semestrinin imtahan sessiyası fevralın 8-dək davam edəcək. Bu sessiyada təkrar imtahanlar isə fevralın 5-dən 8-dək təşkil olunacaq.

Əvvəlki Yazı

Azərbaycan Yüksəliş Forumu keçirilib, Prezidentə dəstək bəyanatı qəbul olunub

Növbəti Yazı

Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin şəxsiyyəti məlum olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.