Şiə Hizbullah təşkilatı Radvan bölməsinin komandirinin ölümünü təsdiqləyib. Bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Hizbullah Wissam Hassan Tawil-in vəfatı ilə bağlı başsağlığı verib.
Reuters agentliyi üç təhlükəsizlik mənbəsinə istinadən oıxəbər verir ki, Livanda yüksək rütbəli komandir İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. Onların məlumatına görə, ölkənin cənubunda atəşə tutulan avtomobildə komandir və qrupun digər üzvü olub. Mənbələrdən biri vəziyyətin indi gərginləşə biləcəyini vurğulayıb.
AFP təhlükəsizlik rəsmisinə istinadla qeyd edir ki, o, Hizbullahın İsrailə hücum etdiyi Livanın cənubunda hərbi əməliyyatların idarə olunmasında mühüm rol oynayıb. (Tass)